“Səhlənkarlıq edəndə nəticəsi ağır olur” - Vaqif Əsədov
O, qeyd edib ki, hər bir hərəkət iştirakçısı diqqətli məsuliyyətli olmalı, digərlərinin həyat və sağlamlığına, əmlakına münasibətdə həssaslıq nümayiş etdirməlidir: "Mütəxəssislərin araşdırmaları və yol-qəza hadisələrinin aşağı səviyyədə olduğu xarici ölkələrin təcrübəsi də onu deməyə əsas verir ki, yol qəza hadisələrinin sayını azalda biləcək əsas amil sürücü və piyada intizamının möhkəmlənməsidir".
Polis polkovniki əlavə edib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz və sağlam yaşamaqdır: "Ancaq necə yaşamaq – ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, bu düşüncə tərzidir. Ehtiyatla davranmayanda, səhlənkarlıq edəndə nəticə ağır olur".
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: DYP Vaqif-Əsədov