Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır
Qeyd edək ki, qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth, həm də yeraltı qida mənbələrini formalaşdırır. Buna görə respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir. Həmin proqnozlar müvafiq təşkilatlar tərəfindən sudan istifadənin düzgün planlaşdırılması məqsədilə digər çaylar üçün də tərtib edilir.
Azvision.az