Prezident İçərişəhərlə bağlı sərəncam imzaladı

  27 Fevral 2020    Oxunub : 1526
Prezident İçərişəhərlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illiyinin qeyd olunmasına dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam