DGK-da əməliyyat-taktiki təlim keçirilib
İşgüzar oyunlarda ixtisasartırma təlimlərinə cəlb edilmiş əməkdaşların gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin elmi-nəzəri, qanunvericilik əsasları, təcrübi məsələləri ilə bağlı bilikləri, həmçinin peşə vərdiş və bacarıqları yoxlanılıb, adı çəkilən istiqamətlərdə onlara zəruri tövsiyələr verilib.
Simulyasiyalar əsasında əməliyyat-taktiki səciyyə daşıyan işgüzar oyunlar formasında təlimi Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə birgə Akademiyanın "İxtisas fənləri" kafedrası təşkil edib.
Azvision.az
Teqlər: DGK