“Arzu edirəm ki, növbəti görüşümüz Qarabağda olsun” - Artur Rasi-zadə

   “Arzu edirəm ki, növbəti görüşümüz Qarabağda olsun”  -    Artur Rasi-zadə
  28 Fevral 2020    Oxunub:2764
"Mən fəxr edirəm ki, uzun illər ərzində Ulu Öndərin şagirdi və silahdaşı olmuşam"

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın sabiq Baş Naziri Artur Rasi-zadə Prezident İlham Əliyevlə görüşdə deyib.
Artur Rasi-zadə çıxışında bildirib: "Mən fəxr edirəm ki, Siz 2003-cü ildən başlayaraq gərgin fəaliyyətiniz nəticəsində Azərbaycanı bütün istiqamətlərdə tərəqqi və inkişaf yoluna çıxardınız. Mən tam əminəm ki, gələcək illərdə də bu tendensiya davamlı olacaq. Bu barədə mənim heç bir şübhəm yoxdur.

Cənab Prezident, mən Sizə cansağlığı, uzun ömür, uğurlar arzulayıram. Tam əminəm ki, respublikamızın mövqeyi gələcək illərdə həm daxildə, həm də xaricdə indikindən də yüksək olacaq. Mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun. Mən buna tam inanıram. Hamı bilir və istəyirəm ki, bu haqda mənim dilimdən bir daha eşitsinlər: Sizin Silahlı Qüvvələrə həmişə birinci növbədə diqqətiniz təbii ki, bizim döyüş qabiliyyətimizi dəfələrlə artırdı, dəfələrlə. Ümumiyyətlə, inkişafdan danışsaq, mən səhərə kimi danışa bilərəm. Siz özünüz çıxışınızda əsas məsələlərə toxundunuz. Mən bir daha Sizə dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, “Vətənə xidmət”dən yüksək söz ola bilməz. Ona görə xahiş edirəm bir daha dərin təşəkkürümü qəbul edəsiniz. Sizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, nə qədər qismət olsa, biz həmişə Sizin fəaliyyətinizdən və işlərinizdən şadlanaq. Mən tam əminəm ki, belə də olmalıdır".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

Azvision.az


Teqlər: ArturRasi-zadə  





Xəbər lenti