Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yaydı

   Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yaydı
  27 Fevral 2020    Oxunub:1386
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə bağlı protokolların baxılmasına münasibət bildirib.
Konstitusiya Məhkəməsindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə daxil olub.

Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək.

Plenumun hansı tarixə təyin edilməsi barəsində kütləvi informasiya vasitələrinə əlavə olaraq rəsmi məlumat veriləcək.

Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti