“İdlibdə dərhal atəşkəs elan edilsin” - BMT-dən təcili çağırış
Quterreş İdlibdə türk əsgərlərinin itkisindən dərin narahatlığını ifadə edərək, dərhal atəşkəs elan etməyə çağırıb. O bildirib ki, bölgədə gərginlik mülki şəxslər üçün riski artırır, bu da xüsusi narahatlıq doğurur.
Baş katib, həmçinin vurğulayıb ki, təcili tədbirlər görülməsə, gərginliyin hər saatda artma riski var: “Suriyadakı böhranın hərbi həlli yoxdur. Problem BMT-nin nəzarəti altında siyasi yolla həll olunmalıdır”.
Pərvanə Sultanova
Azvision.az