Onlar eyni ayda vəfat etdilər - FOTOLAR

 Onlar eyni ayda vəfat etdilər -  FOTOLAR
  28 Fevral 2020    Oxunub:15744
2020-ci ilin fevral ayı başa çatır. İlin ikinci ayı bir çox hadisələrlə yadda qalır. Həmçinin, bu ayı itkilərlə də geridə qoyuruq. Belə ki, fevral ayında Azərbaycanda bir neçə tanınmış şəxs dünyasını dəyişib.
Azvision.az-ın məlumatına görə, fevralın 2-də azərbaycanlı jurnalist, publisist-naşir Mirzə Xəzər vəfat edib. O, 73 yaşında Münhendə dünyasını dəyişib. M.Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayırdı. O, 1987-2003-cü illərdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.



Tanınmış xalq ozanı Aşıq Veysəlin böyük qızı Zəhra Başər fevralın 3-ü 85 yaşında Ankarada vəfat edib. Onun cənazəsi vəsiyyətinə uyğun olaraq Aşıq Veysəlin məzarının yerləşdiyi ailə qəbiristanlığında dəfn edilib.



Fevralın 8-də Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, animasiya rəssamı Rauf Dadaşov 75 yaşında dünyasını dəyişib. R.Dadaşov uzun sürən xəstəlikdən sonra vəfat edib.



Qarabağ qazisi Qoşqar Hacıyev fevralın 9-da müalicə aldığı “Ege Hospital”da dünyasını dəyişib. Q.Hacıyev 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdı. Qazi həmin vaxtdan etibarən həm ölkəmizdə, həm də Türkiyədə müalicə alırdı.



Hərbi Hava Qüvvələrinin texniki heyət üzvü, mayor Rəşad Əkbərov fevralın 11-də qəflətən kəskin ürək-damar çatışmazlığı səbəbindən dünyasını dəyişib.



Fevralın 26-da Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. O, 1948-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Daxili İşlər naziri vəzifəsində çalışıb.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Fevral   İtki  





Xəbər lenti