Məktəblərin hansı halda bağlanacağı açıqlandı

 Məktəblərin hansı halda bağlanacağı açıqlandı
  28 Fevral 2020    Oxunub:3805
Təhsil Nazirliyi koronavirus infeksiyasına görə ümumtəhsil məktəblərində dərslərin dayandırılması ilə bağlı müzakirələrə aydınlıq gətirib.
Azvision.az -ın məlumatına görə, nazirliyin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı ilə həyata keçirilir.

"Bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir",- deyə nazirlik rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti