Azərbaycan Misirə başsağlığı verib

  28 Fevral 2020    Oxunub : 1173
Azərbaycan Misirə başsağlığı verib
Bu gün Baş Nazirin müavini Şahin Mustafayev Misir səfirliyinə gələrək, Misir Ərəb Respublikasının 4-cü Prezidenti, görkəmli siyasət və dövlət xadimi Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar başsağlığı verib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Ş. Mustafayevi Misirin ölkəmizdəki səfiri Adel İbrahim Ahmed İbrahim qarşılayıb.

Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycanla Misir arasında mövcud olan dostluq münasibətlərini qeyd edərək, əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirib.

Azvision.az

Teqlər: