Şamaxıda yeni rəsədxana tikilə bilər

   Şamaxıda yeni rəsədxana tikilə bilər
  29 Fevral 2020    Oxunub:1755
"Bizim teleskoplarımız hamısı sovetlər dövründən qalmadır və diametrləri kiçikdir".
Azvision.az xəbər verir ki, bunu N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov deyib. O bildirib ki, teleskopun diametrinin böyük və kiçikliyi onun görmə qabiliyyəti deməkdir:

"Biz dövlət və rəhbərlik qarşısında yeni teleskopun alınması məsələsini qaldırmışıq. Rəsədxanaya yeni direktor təyin olunanda ilk müraciətim bununla bağlı idi ki, bir az kənarda, insan əli çatmayan yerdə yeni rəsədxana tikilsin".

N.Cəlilovun sözlərinə görə, astrofiziki eksperimentlərin aparılmasında əsas şərt ətraf işıqlanmanın fonudur. "Külək və nəmişlik olmayan yerə üstünlük veririk. Biz çox istərdik ki, yeni teleskop alınsın və diametri 5-6 metr olsun. Prezident sonuncu dəfə burada olarkən təklifimizi qəbul etdi. İndi bu məsələ ölkə rəhbərliyininin nəzarətindədir".

Direktor xatırladıb ki, Şamaxının Dəmirçi kəndi istiqamətində Dəmirçi muzeyi tikilib, eləcə də yeni yollar çəkilib: "Orada yoldan 3 km kənarında heç bir işıq mənbəyi olmayan və bizə uyğun şəraiti olan ərazi var. Həmin yerdə tikilən teleskop Şamaxı Astrofizika Rəsədxanası üçün çox yaxşı baza olar. İşçilərimiz orada rahatlıqla müşahidə apara bilərlər".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti