Yəhudi televiziyası `Qırmızı qəsəbə`ni belə göstərdi – VİDEO

Yəhudi televiziyası `Qırmızı qəsəbə`ni belə göstərdi – VİDEO
  26 Dekabr 2013    Oxunub:2506
Dünya yəhudilərinin Jewish News One (JN1) televiziyası Azərbaycanın Quba rayonundakı “Qırmızı qəsəbə” haqqında material hazırlayıb. Videosüjetdə bildirilir ki, “Kiçik Yerusəlim” adlanan 300 yaşlı bu qəsəbə müsəlman dünyasındakı nadir yəhudi məskənlərindən biridir.

Süjetdə həmçinin Azərbaycandakı dini tolerantlıqdan, müxtəlif dinlər arasında dinc münasibətlərin olmasından da danışılır.

Qeyd edək ki, Jewish News One TV beynəlxalq xəbər şəbəkəsidir. Televiziya müstəqildir və heç bir dövlət, hökumət və ya siyasi partiyaya məxsus deyil. JN1 2011-ci ilin sentyabrın 11-dən fəaliyyətə başlayıb və bəzən `Yəhudi əl-Cəzirəsi` adlandırılır. İzlənmə reytinqinə görə dünya xəbər kanalları içərisində ilk üçlükdə yer alan Jewish News One (JN1) sutkada 24 saat ərzində dünya xəbərlərini Şimali Amerikaya, Avropaya, Yaxın Şərqə, Rusiyaya və bir çox digər ölkələrə peyk, kabel və internet vasitəsilə canlı yayımlayır. Kanalın yayım dili ingilis, rus, ərəb, fransız, ispan və ukrayncadır.



AzVision.az



Teqlər:





Xəbər lenti