Qərargah: Koronavirusa yeni yoluxma halı qeydə alınmayıb

Qərargah: Koronavirusa yeni yoluxma halı qeydə alınmayıb
  29 Fevral 2020    Oxunub:3643
Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı yeni məlumat yayıb.
Azvision.az -a daxil olan məlumatda bildirilib ki, Azərbaycanda koronavirusa yeni yoluxma faktı qeydə alınmayıb.

"Dünən də qeyd etdiyimiz kimi, karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir. Ancaq xüsusilə bildirmək istəyirik ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir.

Bu günədək karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq. Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Koronavirus   Qərargah  





Xəbər lenti