Koronavirusa yoluxan şəxsin vəziyyəti necədir? - RƏSMİ

   Koronavirusa yoluxan şəxsin vəziyyəti necədir? -    RƏSMİ
  29 Fevral 2020    Oxunub:2680
Azərbaycanda koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hazırda stabildir.

Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Bildirilib ki, 23 yaşlı oğlanda heç bir ağırlaşma yoxdur, dəstəkverici müalicə davam edir.
Qeyd edək ki, ötən gün Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktı təsdiqlənib. Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İrandan Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib.

Azvision.az



Teqlər: Koronavirus   Rusiya  





Xəbər lenti