Bakıya qayıdan təyyarə Ankaraya yola düşdü - YENİLƏNİB

 Bakıya qayıdan təyyarə Ankaraya yola düşdü -  YENİLƏNİB
  29 Fevral 2020    Oxunub:4227
Bakı-Ankara aviareysi ilə uçan və texniki səbəbə görə Bakı aeroportuna geri qayıdan təyyarə Ankaraya yola salınıb.
AZAL-dan Azvision.az -a verilən məlumata görə, təyyarə saat 13:00-da Ankaraya yola düşüb.

***
(11:30)

Bakıdan Ankaraya yerli vaxtla saat 10:35-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib.

AZAL-dan Azvision.az -a verilən məlumata görə, saat 11:05-də təyyarə Bakının hava limanına uğurlu eniş edib.

Qeyd olunub ki, reys saat 12:30-a qədər gecikir.

Azvision.az


Teqlər: AZAL   Təyyarə  





Xəbər lenti