DİN Gədəbəydəki qəza ilə bağlı məlumat yaydı

DİN Gədəbəydəki qəza ilə bağlı məlumat yaydı
  29 Fevral 2020    Oxunub:1544
Fevralın 28-də saat 11 radələrində Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində rayon sakini Ruslan Hüseynovun idarə etdiyi “VAZ-21011” və Gədəbəy şəhər sakini M.Tağıyevin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəza nəticəsində R.Hüseynov, arvadı Nüşabə və digər 2 sərnişini, habelə digər sürücü xəsarətlə xəstəxanaya yerləşdirilib, R.Hüseynov və N.Hüseynova orada ölüblər.

Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Gədəbəy   Qəza  





Xəbər lenti