Azərbaycanın “yatmış vulkan”ı - FOTOLAR

 Azərbaycanın “yatmış vulkan”ı -  FOTOLAR
  14 Mart 2020    Oxunub:11256
Abşeron rayonunun Qobu kəndində yüzlərlə insan Bozdağ-Qobu vulkanının yerləşdiyi ərazidə məskunlaşıb. Evlərlə palçıq vulkanı arasında məsafə təxminən 15-20 metrdir. El arasında “yatmış vulkan” kimi tanınan Bozdağ-Qobu vulkanı indiyədək 9 dəfə püskürüb.
Bozdağ-Qobu vulkanı nadir hallarda, amma güclü püskürən vulkan növüdür. Belə ki, ilk dəfə 1827-ci ildə püskürmə qeydə alınıb. Həmin vaxt o qədər güclü vulkan püskürməsi olub ki, alovun hündürlüyü bir neçə yüz metrə çatıb. Əraziyə səpələnən palçıqlar sonradan xırda təpəliklərə çevrilib, böyük çatlar yaranıb. 1974-cü ildə vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda, 300 min kub metr həcmində vulkan palçığı tullanıb.

Sonuncu dəfə Bozdağ-Qobu vulkanı 1999-cu ildə püskürüb. Hazırda ərazidə aktivlik müşahidə olunmur.












Foto: Şahin Sərdarov
Azvision.az



Teqlər: Qobu   Vulkan  





Xəbər lenti