Həmkəndlisini öldürən Oğuz sakini tutuldu

   Həmkəndlisini öldürən Oğuz sakini tutuldu
  29 Fevral 2020    Oxunub:2346
Fevralın 28-də Oğuz rayonunun Kərimli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Z.Məsimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Elşən Abdullayevi qətlə yetirib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Oğuz rayonunun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Məsimov tutulub. Cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Qətl   Oğuz  





Xəbər lenti