Maşın oğurlayan şəxs ələ keçdi

Maşın oğurlayan şəxs ələ keçdi
  29 Fevral 2020    Oxunub:1516
Fevralın 28-də Tovuz rayonunun Ceyrançol adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Tovuz və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Maşın   Oğurluq  





Xəbər lenti