Narkotik satışı ilə məşğul olan şəbəkə üzvləri tutuldu - FOTO
F.Qarayev ifadəsində heroini tanışı Nizami rayonunda yaşayan Vahib adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən həmin şəxs - Füzuli rayon sakini Vahib Novruzov da tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 23,625 qram heroin aşkar edilib. V. Novruzov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Gündüz Rəsulovdan aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində keçirilən tədbir zamanı Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Gündüz Rəsulov da tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 250,42 qram heroin və 1,974 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, paytaxtın Nizami rayonunda yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı G.Rəsulovun sosial şəbəkə hesablarında paylaşdığı məlumatlar əsasında onun cinayət törətməyə meyilli şəxs olduğu məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxslərin ətraflarının və onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Azvision.az