Anar İbrahimov yeni vəzifəyə seçildi

   Anar İbrahimov yeni vəzifəyə seçildi
  29 Fevral 2020    Oxunub:4840
Fevralın 29-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları şurasının 18-ci konfransı keçirilib.
Azvision.az xəbər verir ki, konfransda təşkilati məsələyə də baxılıb, Anar İbrahimov şuranın sədri seçilib.

Qeyd edək ki, Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. O, həmçinin, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Azvision.az



Teqlər: Naxçıvan  





Xəbər lenti