Gənc əsgərlərin andiçmə mərasimi olub

  29 Fevral 2020    Oxunub : 1135
Gənc əsgərlərin andiçmə mərasimi olub
Fevralın 29-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış 98 gənc əsgərin təntənəli hərbi andiçmə mərasimi keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilib. Sonra gənc əsgərlər Vətənə, xalqa və dövlətə sədaqət andı içiblər.

Mühafizə alayının komandiri vəzifəsini icra edən ədliyyə mayoru Rauf Əsədov tədbirdə çıxış edərək gənc əsgərlərə Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun təbriklərini çatdırıb. O, gənc əsgərlərə Vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, ölkəmizin müdafiəsinə qalxmağa hər an hazır olmağı tövsiyə edib.

Daha sonra şəxsi heyətin hərbi marşın sədaları altında təntənəli marşla keçidi olub.

Sonda mühafizə alayının xüsusi təyinatlı dəstəsi nümunəvi çıxışlarla fiziki və döyüş hazırlığını nümayiş etdirib.

Azvision.az

Teqlər: