BNA-dan hava ilə bağlı sərnişinlərə müraciət

   BNA-dan hava ilə bağlı sərnişinlərə müraciət
  02 Mart 2020    Oxunub:1219
Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar, bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib:

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər. Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik.".

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti