Naxçıvanda cinayət hadisələri kəskin azalıb
Nazir diqqətə çatdırıb ki, son illər Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, uğurlu sosial-iqtisadi layihələrin həyata keçirilməsi və mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizin regionları arasında liderlik mövqeyi qazanıb. Muxtar respublikada sosial həyatın bütün sahələrində analoqu olmayan nailiyyətlərin qazanılmasında başlıca səbəb ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi, Vətən sevgisi və yurd sahibliyinə misilsiz bağlılığın nəticəsidir.
Qeyd olunub ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycanın inkişaf, sabitlik və rifah yoludur. Muxtar respublikada ötən 25 il ərzində uğurla həyata keçirilən bu strategiya nəticəsində ictimai-siyasi həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlər, ulu öndər ideyalarının alternativsiz olduğunun bariz nümunəsidir. Ötən ay keçirilən Parlament seçkilərində Naxçıvan əhalisi növbəti dəfə seçim edərək, ölkə üzrə ən yüksək səs çoxluğunu Ali Məclisin Sədrinə verməklə muxtar respublika rəhbərinə sonsuz inam və bağlılığını bir daha nümayiş etdirdi.
Nazir altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qarşıya qoyulan vəzifələrin Daxili İşlər Nazirliyinin növbəti 5 illik fəaliyyətində əsas proqram sənəd kimi qəbul edildiyini diqqətə çatdırıb, daxili işlər orqanlarının aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib. Bildirib ki, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində qarşıya qoyulan vəzifələr, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlar bundan sonra da tam həcmdə yerinə yetiriləcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması təmin edilərək, əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcək.
Məruzə ətrafında müzakirələrdə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftalıyev, Nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov, İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov, Cinayət Axtarışı Şöbəsinin rəisi, polis polkovniki Qasım Həsənov və Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimov çıxış ediblər.
Azvision.az
Teqlər: