Prezident qazlaşdırılma ilə bağlı sərəncam imzaladı

Prezident qazlaşdırılma ilə bağlı sərəncam imzaladı
  03 Mart 2020    Oxunub:3431
Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, sərəncamla Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam  





Xəbər lenti