Prezident tibbi maskalarla bağlı tapşırıq verib - VİDEO

 Prezident tibbi maskalarla bağlı tapşırıq verib -  VİDEO
  04 Mart 2020    Oxunub:16109
"Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil".

Azvision.az xəbər verir ki, bunu Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşündə deyib.


Prezident bildirib ki, hazırda ölkəmizin kifayət qədər maska ehtiyatları var: “Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Xəstəxana  





Xəbər lenti