49 nəfərin müqaviləsiz işlədiyi aşkarlandı - Yoxlamalar davam edir

49 nəfərin müqaviləsiz işlədiyi aşkarlandı - Yoxlamalar davam edir
  04 Mart 2020    Oxunub:1979
Vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Vergilər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, aparılmış vergi nəzarət tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən “Ən Ucuz Market”lər şəbəkəsinə daxil olan 7 obyektdə əmək müqaviləsi olmadan, ümumilikdə, 33 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilib. Obyektlərin hamısında əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və faktiki sahələrinin vergi orqanlarına təqdim edilmiş uçot sənədlərində bəyan edildiyi göstəricilərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb.

Baki şəhəri Sabunçu rayonu, Bakixanov qəsəbəsində yerləşən, Cəlilov Elşən Firdovsi oğluna məxsus tikiş sexində aparılan vergi nəzarəti tədbirləri zamanı isə 16 nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edildiyi halı aşkar edilib. Həmçinin müəyyən edilib ki, vergidən yayınmaq məqsədilə vergi ödəyicisi tərəfindən fəaliyyət göstərdiyi obyekt vergi orqanlarında qeydiyyata qoyulmayıb.

Azvision.az


Teqlər: Vergi   Nazirlik  





Xəbər lenti