Prezident Tovuzda səfərdə olub - YENİLƏNİB

  04 Mart 2020    Oxunub : 5015
Prezident Tovuzda səfərdə olub - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonunda da səfərdə olub.
Azvision.az-ın məlumatına görə, dövlətimizin başçısı səfər çərçivəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, “Azərxalça” ASC-nin Tovuz filialının fəaliyyəti ilə tanış olub, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəmzləri Muzeyinin, “ASAN Həyat” kompleksinin və Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun açılışlarında iştirak edib.

Prezident İlham Əliyevin Tovuz rayonuna səfərindən geniş hesabat martın 5-də oxuculara təqdim olunacaq.

***
(12:50)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gedib.

Azvision.az xəbər verir ki, dövlətimizin başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Azvision.az

Teqlər: Prezident   İlhamƏliyev   Tovuz