Texniki Universitetdə dezinfeksiya işləri aparılıb

  04 Mart 2020    Oxunub : 1345
Texniki Universitetdə dezinfeksiya işləri aparılıb
Məlum olduğu kimi, koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.
Azvision.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) də dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Universitetin bütün tədris korpuslarının auditoriyaları, laboratoriyaları, dəhlizləri və digər ərazilərində dezinfeksiya işləri aparılıb. Eyni zamanda universitetin yataqxanası və idman sarayı da koronavirusa qarşı dezinfeksiya edilib.

Dezinfeksiya işləri Viktoriya MMC şirkəti tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində mütəmadi olaraq hər ay bir dəfə dezinfeksiya işləri aparılır.

Azvision.az

Teqlər: AzTU