“Koronavirus İranın bütün ərazisində yayılıb” - Ruhani

“Koronavirus İranın bütün ərazisində yayılıb” -  Ruhani
  04 Mart 2020    Oxunub:3370
Koronavirus İranın demək olar ki, bütün əyalətlərində yayılıb.

Azvision.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib. O bildirib ki, koronavirus çoxsaylı ölkələrdə yayılan qlobal xəstəlikdir. Qabaqlayıcı tədbirlər və işbirliyi ilə bu problemi ən qısa müddətdə aradan qaldırmaq lazımdır.
“Tibb işçilərimizin dəstəyi və xalqımızın iradəsi ilə, əməkdaşlıq şəraitində bu böhranı ən qısa müddətdə ən az itki ilə aradan qaldıracağımıza söz verirəm", - deyə Ruhani əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Ruhani   Koronavirus  





Xəbər lenti