Yunan hərbçilər miqrantlara atəş açdı - Ölən və yaralılar var

Yunan hərbçilər miqrantlara atəş açdı -  Ölən və yaralılar var
  04 Mart 2020    Oxunub:2224
Yunanıstan polisi və hərbçilər Türkiyə ilə sərhəddə miqrantlara qarşı qaz bombaları, rezin güllələr və silahdan istifadə edib. Açılan atəş nəticəsində bir miqrant ölüb, 5 nəfər yaralanıb.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ədirnə valiliyi açıqlama yayıb.

Qeyd edilib ki, yaralılara hadisə yerində yardım göstərib, onlardan biri xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yunanıstan   Miqrant  





Xəbər lenti