İrəvan meriyasında intihara cəhd edildi - VİDEO

İrəvan meriyasında intihara cəhd edildi -  VİDEO
  04 Mart 2020    Oxunub:2624
İrəvan şəhər meriyası binasının girişində intihara cəhd olub.
Azvision.az erməni mətbuatına istinadənxəbər verir ki, orta yaşlı bir kişi üzərinə benzin tökərək özünü yandırmaq istəyib.

Hadisənin şahidləri kişinin tək olmadığını, onunla birlikdə üç azyaşlı uşağının da hadisə yerində olduğunu vurğulayıblar. Kişi polis idarəsinə aparılıb.

Paytaxt meriyası yaxınlığında keçirilən etiraz aksiyasında iştirak edən turist mikroavtobusunun sürücülərindən biri uşaqları atalarının olduğu polis bölməsinə aparıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti