Leyla İmanova vəzifəsindən azad olundu

Leyla İmanova vəzifəsindən azad olundu
  04 Mart 2020    Oxunub:6566
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub.
Azvision.az xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova həvalə edilib.

Azvision.az



Teqlər: AMEA  





Xəbər lenti