İran gəmilərinin Azərbaycan limanlarına girişinə məhdudiyyət qoyuldu

  04 Mart 2020    Oxunub : 1509
 İran gəmilərinin Azərbaycan limanlarına girişinə məhdudiyyət qoyuldu
İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulub.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun Azvision.az -a verdiyi məlumata görə, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulur.

Dövlət Dəniz Agentliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi və lazımı tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Azvision.az

Teqlər: İran   Gəmi   Liman