ANAMA Ağdamda əməliyyat-axtarış aparıb

  04 Mart 2020    Oxunub : 1757
ANAMA Ağdamda əməliyyat-axtarış aparıb
Martın 4-də saat 15:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 17:23-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Çəmənli kəndi, Səfərli qəsəbəsinə gedən yolda təmir işləri aparılarkən partlamamış döyüş sursatının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan metal əşya aşkar olunmuş, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal əşyanın ətrafında 100 kvadratmetr əraziyə yerüstü, 40 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az

Teqlər: ANAMA