Naxçıvanda 165 minə yaxın uşaq var

Naxçıvanda 165 minə yaxın uşaq var
  05 Mart 2020    Oxunub:1632
Ötən il Naxçıvan Muxtar Respublikasında 5415 uşaq doğulub və muxtar respublikada uşaqların sayı 164 min 546-ya çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu, əvvəlki illə müqayisədə 1265 uşaq çoxdur. Hesabat ili ərzində doğulan 4918 uşağa peyvəndlər vurulub. Həmçinin vurğulanıb ki, bu gün muxtar respublikada 26000-dən artıq uşaq idmanla məşğul olur. Onların da 8000-ə yaxını qızdır.

Azvision.az


Teqlər: Naxçıvan   Uşaq  





Xəbər lenti