Tıxaca səbəb olan yol genişləndirilir - FOTOLAR

 Tıxaca səbəb olan yol genişləndirilir -  FOTOLAR
  05 Mart 2020    Oxunub:3166
Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam etdirilir.

Azvision.az xəbər verir ki, bu məqsədlə yolun Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində və onun əks tərəfində olan torpaq təpələr sökülür. Təpəciklərin yerində iki hərəkət zolağının salınması nəzərdə tutulub.
Həmçinin, Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar “Ekologiya postu”nun da yeri dəyişdiriləcək.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün dövlət başçısı tərəfindən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinə göstəriş verilib.











Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Bakı-Sumqayıt   Yol  





Xəbər lenti