“Readmissiya olunan şəxslərin sayı 52 faiz artıb” - Vüsal Hüseynov (VİDEO)

 “Readmissiya olunan şəxslərin sayı 52 faiz artıb” -   Vüsal Hüseynov (VİDEO)
  05 Mart 2020    Oxunub:6751
2020-ci ilin yanvar-fevral ayında ölkəmizə gələn əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb.

Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında deyib.
Xidmət rəisi bildirib ki, olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayı 0.4 faiz, müvəqqəti yaşama icazəsi alanlar 29 faiz, daimi yaşama icazəsi alanlar 13 faiz, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət 23 faiz, readmissiya olunan şəxslərin sayı 52 faiz artıb.

Bundan başqa, qaçqın statusunun əldə edilməsi üçün müraciət edən əcnəbilərin sayı isə 3.4 dəfə azalıb.

DMX rəisinin sözlərinə görə, 2019-cu ildə ölkəmizə gələn əcnəbilərin sayında 2018-ci illə müqayisədə 11 faiz artım qeydə alınıb. Belə ki, ötən il olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayı 8 faiz azalıb. Ölkəmizdə yaşayan əcnəbilərin sayında isə 12 faiz artım müşahidə olunub.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Miqrasiya-Xidməti  





Xəbər lenti