Çindən təxliyə olunan ərəblər üçün “şəhər” yaradıldı

  05 Mart 2020    Oxunub : 2102
Çindən təxliyə olunan ərəblər üçün “şəhər” yaradıldı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Çinin Uhan şəhərindən ərəb vətəndaşlarının təxliyəsini həyata keçirir.
BƏƏ-nin Azərbaycandakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, təxliyə olunanlar BƏƏ-də yeni təsis edilmiş “Əmirliklər Humanitar şəhəri”ndə qarşılanacaq və onların sağlamlığını, təhlükəsizliyini təmin etmək üçün tibbi yoxlanış və monitorinqlər keçiriləcək.

“Bu addım Prezident Şeyx Xalifa bin Zayed Al Nahyan və Abu Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Mohamed bin Zayed Al Nahyanın COVİD-19 virusunun episentri olmuş Çinin Uhan şəhərindən təxliyə edildikdən sonra qonşu ərəb ölkələrindən müraciət edən şəxsləri lazımi monitorinq və qabaqlayıcı tibbi qayğı ilə təmin edəcək səhiyyə müəssisəsi təsis etmək barədə göstərişlərinə müvafiq olaraq atılıb.

Uhandan 215 nəfəri daşıyan xüsusi təyyarə təxliyə prosedurunu icra etmək üçün HEPA kabin hava filtrasiyası sistemləri, tibbi ləvazimatlar və təchizatlar ilə, eləcə də labüd olan tibbi personal və təxliyəni həyata keçirmək təlimi almış təyyarə heyəti ilə təmin edilib.

“Əmirliklər Humanitar şəhəri” qəbul edilmiş şəxslərin orada qaldıqları müddətdə rahatlığını təmin etmək, keyfiyyətli yardım göstərmək məqsədilə ən yüksək standartalara uyğun şəkildə təsis edilib.

Orada həmin şəxslərin lazımi tibbi və laboratoriya testləri aparılacaq, sağlamlıq və təhlükəsizliklərini təmin etmək üçün monitorinqlər keçiriləcək, 14 günlük karantində olacaqlar.

BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, Çindəki səfirliyi BƏƏ-nin davamlı səylərinin bir hissəsi kimi virusun yayılmasının qarşısının alınmasında Çin hökuməti ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə təxliyə prosesini təşkil etmək üçün müvafiq ölkələrin səfirliklərilə koordinasiya aparıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BirləşmişƏrəbƏmirlikləri