Azərbaycanda olan Çin vətəndaşlarının sayı açıqlandı - RƏSMİ

  05 Mart 2020    Oxunub : 2214
 Azərbaycanda olan Çin vətəndaşlarının sayı açıqlandı - RƏSMİ
Hazırda Azərbaycanda Çin vətəndaşları var.

Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında deyib. Xidmət rəisinin sözlərinə görə, 2 aya yaxındır ki, koronavirus təhlükəsi ilə bağlı Çinlə aviareyslər məhdudlaşdırılıb.


"Həmçinin, ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb. Azərbaycanda Çin vətəndaşları var. Onların sayı 539 nəfərdir. Onlardan 69-u fevralın 1-dən sonra Azərbaycana gəlib. Həmin şəxslərin ölkədə olma müddəti bitirsə, onların ölkəni tərk etməsi mümkün deyilsə, Dövlət Miqrasiya Xidməti tərəfindən vəziyyət nəzərə alınır", - deyə Vüsal Hüseynov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov   DMX