Nazirlik e-arayış xidmətlərinin sayını artırır

  05 Mart 2020    Oxunub : 957
Nazirlik e-arayış xidmətlərinin sayını artırır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fəaliyyət sahələri üzrə daha 15 növdə e-arayış xidmətinin yaradılması işləri aparılır.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bu e-xidmətlər şəxsin şəhid ailəsinin üzvü və ya əmək veteranı olması, işsizlik sığortası alması, peşə təlimində və ya özünüməşğulluq proqramında iştirakı və ya həmin proqram çərçivəsində aktivləri əldə etməsi, məşğul şəxslərin reyestrindən şəxsin məşğulluğu, işaxtaran və ya işsiz kimi qeydiyyata alınması və s. barədə də e-qaydada
arayışlar əldə edə bilməsinə imkan verəcək.

Bununla da nazirliyin e-arayış xidmətlərinin sayı cari ildə 30-a çatacaq. Belə ki, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə elektronlaşma proqramı çərçivəsində ötən il 13 e-arayış xidməti istifadəyə verilib və nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu da illik 1,5 milyondan çox insanın həmin xidmətlərdən faydalanaraq, onlara dair müvafiq arayışları elektron qaydada, rahat şəkildə əldə etməsinə imkan verib.

Azvision.az

Teqlər: ƏƏSMN