Qərargah: Koronavirusa yoluxanların vəziyyəti stabildir

   Qərargah: Koronavirusa yoluxanların vəziyyəti stabildir
  05 Mart 2020    Oxunub:3166
Hazırda ölkəmizdə 3 koronavirus xəstəsi var. Onların vəziyyəti tam stabildir. Səhhətlərində ağırlaşma yoxdur, həkim nəzarətindədirlər.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
"İranla sərhəd bağlandıqdan sonra xüsusi dəhliz vasitəsilə 276 nəfər Azərbaycana gətirilib. Onların Azərbaycana gətirilməsi üçün marşrut planlaşdırılıb, ehtiyac olan gigiyenik tədbirlər görülüb və sərhəddən karantin ərazisinə aparılıblar. Onlar 14 gün ərzində karantində olacaq. Onlardan nümunələr götürülüb".

Y.Qarayeva bildirib ki, koronavirus "Covid-19" yeni virusdur, onun müayinələri də yenidir. "Biz ÜST tərəfindən təsdiq olunan testlər vasitəsilə müayinə aparırıq. Bu virusun diaqnostikası sadəcə qərargah və Səhiyyə Nazirliyi tərəfindən aparıla bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qərargah   Koronavirus  





Xəbər lenti