Azərbaycanda 500-ə yaxın şəxs karantində saxlanılır

Azərbaycanda 500-ə yaxın şəxs karantində saxlanılır
  05 Mart 2020    Oxunub:3268
Hazırda Azərbaycanda 500-ə yaxın şəxs karantində saxlanılır.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

TƏBİB rəsmisi bildirib ki, karantində saxlanılan şəxslərdən xəstəliyin müayinəsi üçün müvafiq nümunələr götürülüb: "Onlarda koronavirus aşkarlanmayıb. Lakin xəstəliyin 14 günlük inkubasiya dövrü tam bitmədiyi üçün nəzarətdə saxlanılırlar. Bu şəxslərin əksəriyyəti azərbaycanlılardır və onlar İrandan gəlib".

V.Əliyev xatırladıb ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir. Hətta ev şəraitində müalicə də mümkündür.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qərargah  





Xəbər lenti