TƏBİB: Ölkəmizdə koronavirusdan ölüm olmayıb

    TƏBİB:  Ölkəmizdə koronavirusdan ölüm olmayıb
  05 Mart 2020    Oxunub:2690
Azərbaycanda indiyədək koronavirusdan ölüm halı qeydə alınmayıb.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, ölkə üzrə karantində saxlanılan şəxslərdən yalnız 3 nəfərdə koronavirus aşkar edilib. Yeni yoluxma müəyyən edilməyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti