Milli Məclisdə struktur islahatları aparılacaq

Milli Məclisdə struktur islahatları aparılacaq
  05 Mart 2020    Oxunub:3277
Azərbaycan Milli Məclisində struktur islahatları aparılacaq.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev deyib. O bildirib ki, hazırda hakimiyyət orqanlarında islahatlar keçirilir və bu islahatlar Milli Məclisdə də aparılacaq.
"Şöbələrin ləğv olunması ilə bağlı qərar qəbul olunmayıb. Ona görə də ləğv olunacaq və yeni yaradılacaq şöbələr barədə heç nə deyə bilmərəm. Bu barədə fikirləşirik",- deyə S.Mirzəyev vurğulayıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti