Koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq

 Koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq
  05 Mart 2020    Oxunub:2740
Regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, insanlar bu mərkəzlərdə xüsusi alqoritmlə yoxlanacaq: "Lazım gəlsə və xəstəlik aşkar olunarsa, həmin şəxslər karantinə alınıb, müalicə olunacaqlar. Xəstəliyin kliniki əlamətləri meydana çıxan halda istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etmək lazımdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Cəlal-İsayev  





Xəbər lenti