Koronavirus pulla yoluxmur, amma... - Qərargahdan tövsiyə

  Koronavirus pulla yoluxmur, amma... -    Qərargahdan tövsiyə
  05 Mart 2020    Oxunub:3337
Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, indiyədək pulun infeksiya mənbəyi kimi rolu olmayıb. Bu sıraya mobil telefon və digərləri aiddir.



Kağız pullar vasitəsilə insanlara bakteriyanın ötürülməsinə münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva vurğulayıb ki, əgər hər hansı obyekt daha çox insan əlinə dəyirsə, bu halda mikrobioloji çirklənmə baş verir.

"Biz dəfələrlə qeyd etmişik ki, koronavirusun yeni növü ətraf mühitdə çox davamlı deyil və ətrafda olan əşyaların üzərindəki canlılığını itirir. Birinci tövsiyəmiz odur ki, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra gigiyenik qaydalara əməl edib, əlləri yumaq lazımdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qərargah   Koronavirus  





Xəbər lenti