Qadınların yürüşünə icazə verildi

Qadınların yürüşünə icazə verildi
  05 Mart 2020    Oxunub:2140
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatınınyürüş keçirməklə bağlı müraciətinə cavab verib.
Azvision.az -ın məlumatına görə, meriyanın cavabında bildirilib ki, yürüşün keçirilməsi üçün müraciətdə qeyd olunan ərazi əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi məqsədə müvafiq deyil.

Yürüşün keçirilməsi üçün alternativ yer olaraq müraciət edənlərə 8 mart 2020-ci il tarixdə, saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazası”nın yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunub.

Azvision.az


Teqlər: Bakı   İcra  





Xəbər lenti