Prezident Gürcüstanın Müdafiə nazirini qəbul edib

 Prezident Gürcüstanın Müdafiə nazirini qəbul edib
  05 Mart 2020    Oxunub:2671
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilini qəbul edib.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə inkişafından məmnunluq ifadə olunub. Ölkələrimizin birgə iştirak etdiyi mühüm enerji layihələrinin əhəmiyyəti vurğulanıb, Cənub Qaz Dəhlızinin uğurla reallaşmasının önəmi qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın, investisiya qoyuluşunun əlaqələrimizin inkişafına töhfə verdiyi bildirilib.

Azvision.az



Teqlər: Gürcüstan   Prezident   Nazir   İlham-Əliyev  





Xəbər lenti