Azərbaycan XİN ukraynalı naziri təbrik edib

Azərbaycan XİN ukraynalı naziri təbrik edib
  05 Mart 2020    Oxunub:1455
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın yeni təyin olunan Xarici İşlər nazirini təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində bildirilib.

"Dmitri Kulebanı Ukraynanın yeni Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edir və ona vəzifəsində uğurlar arzu edirik. Vadim Pristaykoya da Ukrayna hökumətində yeni vəzifəyə təyin olunması münasibətilə ən xoş arzularımızı çatdırırıq. İnanırıq ki, Ukrayna və Azərbaycan arasında ikitərəfli əlaqələr daha da inkişaf edəcək və güclənəcək”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: XİN   Ukrayna   Təbrik  





Xəbər lenti